')

Bu gün:


FutbolPress.Az | Nə oldu, Qurbanov? 

Nə oldu, Qurbanov? 


oxunma sayı: 31031 Paylaş:

FutbolPress
aliyev.xandan@gmail.com

Biz yerlibazlığımızı futbolda da, yeri gəlsə stolüstü tennisdə də, dominoda da göstərərik. Yer üzündə bəlkə bu qədər yerlipərəst xalq yoxdu. Bu pis deyil e, ancaq gərək bir məntiqi ola da. 

Yerli futbolçular oynasın, yerli məşqçilər oynasın... O qədər dediz, indi ölkə çempionatında əcnəbi məşqçi yox səviyyəsindədi. Əgər yola salınan əcnəbi çalışdırıcıları yerli məşqçilər öz bacarıqlarıyla sıxışdırıb çıxarsaydılar, deyərdim, hə... Axı əksəri "torba" ilə qovulub burdan. Didərgin salınıb. Nədi məqsəd, bunlar neyləmək istəyir, bilinmir...

İndi bu meydan, bu da yerli məşqçilər. Mən bütün yerli məşqçilər haqda danışmaq istəmirəm, sözüm Qurban Qurbanovadı. Bu qədər dəstəyin, cilalanmış, cilalanmamış təbliğatın fonunda budurmu nəticən, Qurbanov?

Artıq 4 mövsümdü ki, çempionatın sonuna yaxın əməlli-başlı komandanın zayı çıxır, oyununu itirir. Qurbanov, bilirsizmi hamının nəzəri sizə dikəlib, bəs bunun qarşılığını niyə qaytarmırsız, nəyiniz əskikdi? Kubokda mövsüm boyu pis təsir bağışlayan "Bakı"ya uduzmaq... Xüsusən son iki oyunu doğma meydanda - Quzanlıda "Bakı"ya məğlub olmağın adı nədi?

Avrokuboklarda nəticə qazanıb... Artıq qulaqlarımız ərp bağladı bu şablonu eşitməkdən. Ölkə çempionatında iddiasını ortaya qoya bilməyən, adı hətta şübhəli oyunların siyahısına düşən "Qarabağ"da Qurbanovun imici korlanır, yoxsa bu elə Qurbanovu məmnun edir... Yəqin məmnundu. Özünü "refresh" etmək fikrində deyil. İrəli addım atmır. Yerli məşqçilərin ən çox təbliğ olunanı budu, bu da belə...

Düşünmək özünə qalsın, ancaq məlum olan odu ki, bu mövsümün göstəriciləri Qurbanovun dinamik imicinə əməlli zərbə vurub. Xüsusən danışılmış oyunların arasında onun çalışdırdığı komandanın olması lap pis oldu.

Qurbanov ölkə daxilindəki nəticələriylə xərclədiyi nüfuzunu avrokuboklarda 1-2 mərhələ adlamaqla sığortalayırdı. İndi yenə ümid qalıb avrokuboka. Bu dəfə inanmıram 1 mərhələ keçmək işləri düzəldə...

Yazarın bütün yazıları

oxunma sayı: 31031 | Paylaş:




?>