')

Bu gün:


FutbolPress.Az | "Xəzər Lənkəran" üçün "ağlayanlar"

"Xəzər Lənkəran" üçün "ağlayanlar"


oxunma sayı: 2169 Paylaş:

FutbolPress
gunaytac@gmail.com

Hörmətli Azərbaycan futbolundakı hər kəs! "Xəzər Lənkəran"ın başına gələn 6 xal hadisəsinə görə şar üfürüb partladın, şirinquş yeyin, çupaçups sovurun... yəni sevinin, attanıb-düşün.! Çünki bu hadisə sizin direktorunuzdan tutmuş vitsesinə və klub rəhbərinə qədər başa saldı ki, heç biriniz futbola dəxli olmayan bir yığın, tutaq ki adamsız...

Özünü ağıllı göstərib vitse işləyən, proqram cızıb plan dolduran rəhbərlər, 6 xal məsələsi sizə göstərdimi heç birinizin futbol qaydalarından xəbəriniz yoxdu.

Gülməli və ağlamalı idi, AFFA-da kimi dindirdilər, sözü fırlatdı, heç kim deyə bilmədi, izah verə bilmədi ki, nə baş verir. Niyə məhz 6 xal silinir klubun hesabından və niyə məhz indi, çempionatın finişinə yaxın...

Tahir Süleymanov adlı bir vitse olcaq həmişə ki, bu adam çıxıb hər dəfə belə fürsət ələ düşən kimi deyəcək: eee öö.. biz "Neftçi" klubu olaraq əzəli rəqibimizin bu uğursuz situasiya ilə qarşılaşmağına görə üzülürük, Sadıq müəllim sağ olsun və s. və i.

Mən də Tahir əmiyə deyirəm ki, get işinlə məşğul ol, özünü yalandan canıyanan kimi aparma. Oxudum ki, sən demə, "Neftçi"nin təzminat ödədiyi futbolçular "N" qədərdi. Bu adam kimə təsəlli verir bəs? Özünə təsəlli verən lazım.

Əlbəttə, təsəlli verəcək də, arxasında AFFA dayanıb axı. "Xəzər Lənkəran"ın arxasında nə dayanıb, kim durub? Əksinə, arxadan dartanlar var. AFFA maffa, jaffa və s.

Tahir dayı kimi o qədər vitse var ki, dəhşət canıyananlıq elədi bu məsələdən sonra. Hamısı da yalandan e... Desən ki, aranızda centlmen razılaşma edin və Lənkəran komandasının xalları bərpa olunsun, çempionat təbii halı ilə davam etsin.

Edərlər? İnanan 6 xal üzünə həsrət qalsın.. mən inanmıram.

Uşaqlar deyir ki, AFFA istəsəydi, kömək edə bilərdi, arada gecikdirmə söhbəti olub və bunda günah məhz AFFA-lıqdı... Bax, budu məsələ... Əgər "Neftçi"nin başına belə iş gəlsəydi, indi aləmi qaldırmışdılar ayağa, HAQSIZLIQ mitinqləri keçirilirdi, mediada göz yaşları axıdılırdı... Necəsə məsələ yoluna qoyulacaqdı. Saxla.. burda "Xəzər Lənkəran"dı. Kimdi bunun arxasında duran...

Ona görə də, hörmətli cənab vitselər, saytlarda dəhşətli dərəcədə zor adam görünmək xatirinə açıqlama verməyin, heç biriniz Lənkəran klubu üçün heç dırnağınızı da verməzsiz. A kişi, verən deyər ki, Al bunu... Vəssalam! Vıdı-vıdı dığ-dığ eləməz.

Media təklif verib və çox da yaxşı təklifdi. Deyir, altılıq klubları toplaşsın, desin, biz çempionatın təbii halını qaytarmaq üçün elə edəcəyik ki, XL-in 6 xalı bərpa olunsun. Yəni necə? Məsələn, avrokuboka düşən sonuncu komanda bundan imtina edir və deyir, buyursun, Lənkəran klubu getsin. Təbii ki, əgər həmin klubla "Xəzər Lənkəran"ın arasındakı fərq yekunda 6 xaldan az olacaqsa... Tahir dayı, bildiz nə deyirəm?

Gedin, toplaşın, fikirləşin, görün edə bilərsiz bunu? Bilməsəz, bir də centlmenlikdən, qardaşlıqdan, birlikdən-zaddan danışmayın, oldumu? Klub "ilişib" də... Hadisələri diqqətlə incələyib, oxuyub məlumatlandıqdan sonra anladım ki, bu cür hallar digər klublarımızda dəfələrlə çoxdu, ancaq iş Lənkəran klubunun başında çatlayıb. Fair-playdı da, göstərin görək, nəyiniz var. Rövnəq müəllimin sözünə qüvvət, indi göstər fair-playını, play-offda qaytarım payını...

Yazarın bütün yazıları

oxunma sayı: 2169 | Paylaş:




?>