Ləkəli çempionat və XL...
Paylaş:
Təbrik edirik, AFFA! Növbəti klubumuz sizin savadsız, biabırçı və yarıtmaz fəaliyyətinizin qurbanı oldu! Elxan Məmmədov gözəl bilir ki, bu işdə rolu var. Yaxşı anlayır ki, "Xəzər Lənkəran" üçün "torba tikildi". Görə-görə müdaxilə etmədi. Borcu idi, vəzifəsi idi müdaxilə etmək, amma etmədi. Bu qədər cılız məsələyə görə öz çempionatında iştirak edən ən iddialı klubu qurban vermək ən axmaq federasiyanın işi ola bilərdi. Həmin Elxan Məmmədovdu qadınlardan ibarət millini də UEFA-da rəzil etmişdi... Bu çirkin siyasət, Lənkəran klubuna ayrıseçkilik haçanadək davam edəcək? Bunu gizlətməkdən, yazmamaqdan bezdik. Artıq pərdəarxasındakı olayları görməzlikdən gəlmək, "media tərəf olmamalıdı" prinsipinə sadiq qalmaqdan doyduq, göz görə-görə bu idarəçilər klubun viran qalması üçün əlindən gələn hər şeyi edir. Axı nədi günahı bu klubun! "Xəzər Lənkəran" rəhbərliyi ya ciddi ölçü götürüb ona qarşı daxildə yaradılan bu çirkin siyasəti "sındırmaq" üçün birdəfəlik şempionatda iştirakdan imtina etsin, ya da elə bunların bir tayı olduğunu anlasın. Təkrar edirik, çirkinlikləri gözlə görə-görə həzm etmək asan deyil, bəs bu klub necə dözür? 6 xalı sildiz, amma bilirsizmi azca çevik tərpənsəydiz, hər şey çox sadə yolla həll oluna bilərdi. Futbolçu özü rəsmən açıqlayıb ki, mənim klub haqda şikayətim yoxdu. Bəs kim təşkil edib bu "torbanı"... Klubun agenti niyə belə canfəşanlıq edib ki, borcun faiz hissəsinin ödənməməsinə görə 6 xal silinməyini tələb etsin. Borcu ödyənə klub adicə faiz hissəsini anlaqsız vəziyyətdə gecikdirdiyinə görə bu cəzanımı almalıydı? Siz FIFA-nı bu qədər bəsit qurum sayırsız? Ortada "gəzən əllər", bunu bacardız, təbriklər! Maraqlıdı, AFFA başqa klubların, 10-dan çox futbolçuya hələ də təzminat ödəyən "X" komandasına, 5 futbolçunun analji şikayətinə uduzan "Y" komandasına niyə can yandırır, amma "Xəzər Lənkəran"ın düşdüyü xırda bir vəziyyəti həllə etməyə girişmirdi? Hünəriniz çatırsa, həmin klubların "zibillərini" də sızdırın. Necə ki Lənkəran klubu haqda məlumatı ötürdüz böyük həvəslə, o klubların da ayıblarını açın. Aça bilərsiz? Bu gün Azərbaycan futboluna növbəti ləkə dəydi. Bunun memarı bəzi klub adamları və Elxan Məmmədov oldu. Sabahı qaranlıqdı bu futbolun. Xaos baş qaldıracaq - bu qaçılmazdı. Onlar isə Cenifer Lopesi AFFA-ya dəvət edir. Budur sifət...
İndicə rəsmən açıqlandı ki, AFFA İntizam Komitəsinin fövqəladə iclasında Lənkəran təmsilçisinin 6 xalının silinməsi haqda qərar verilib.
AFFA isə tərpənməməkdə, qəsdən işi uzatmaqda və məlumatı bilərəkdən sızdırmaqda məqsədli olduğunu gizlədə bilmədi... əşi, məlumdu!
| Paylaş: