')

Bu gün:


FutbolPress.Az | "Sumqayıt" bəhanəsi  

"Sumqayıt" bəhanəsi 


oxunma sayı: 1104 Paylaş:

FutbolPress
aliyev.xandan@gmail.com

Vəziyyət elədi ki, biz Qurban Qurbanova görə "Qarabağ"ı, məsələn, gənc yerli futbolçular oynatdığına görə "Sumqayıt"ı çox tənqid etməməyə məcbur oluruq. Vəziyyət elədi ki, biz əslində belə etməməliyik. Ancaq etsək də faydası olmur. Küsürlərmiş, inciyirlərmiş. Azərbaycan futbolu naz-qəmzəylə irəliləməlidi də, neyləyək.

Bu dəfə debütant "Sumqayıt"dan danışıb, klubun prezidenti Kamran Quliyevin müsahibəsinə bir-iki sözardı qeyd eləmək istəyirəm. Deyir, biz perspektivli yerli gəncləri oynadırıq, strategiyamız belədi və s.

Yaxşı strategiyadı və dəfələrlə bunu dəstəklədiyimizi bəyan eləmişik. Ancaq işi incələsən, dərmansız dərdlər doludu. "Sumqayıt" bütün heyəti yerli gənclərdən toplayıbsa, məqsəd-məram nədi - gələcəyin komandasını qurmaq. Gələcəyin komandasını quran rəhbərlik neyləməlidi - baza tikintisi, əsaslı işlər və s. Ancaq bu klub bunların heç birini görmür. Əvəzində mənasız bir alman məşqçini götirib, nəticələr uğursuz olduqca, "Raabın nəzəriyyəsi güclüdü" bəhanəsi ilə gün keçirdirlər.

Bilirsiz, əvvəla o heyətin 40-50 faizi, bəlkə də daha çoxu "Neftçi"nin yetirmələridi. Hamısı o klubda icarə əsasında oynayırlar. Elə bunun özü çox böyük mənfi haldı. Yaxşı, razılaşdıq, deyə ki, klub yeni yarandığı üçün anidən belə heyəti olmayacaqdı təbii ki, ordan-burdan toplamaq lazımdı. Ancaq icarəyə toplanan komandanın nəticələri da bax, belə olacaqdı ki, oldu da...

Mövsümün əvvəlində əzmkar, iradəli və istəkli görünən gənc "Sumqayıt"lılardan son turlar heç bir əlamət yoxdu. Xüsusən, qış fasiləsindən sonra komanda məğlubiyyətləri sıralamaqdadı. Bu gəcnlərdə məğlubiyyət psixologiyası yaranır. Premyerliqada ən çox buraxan və ən çox məğlub olmuş komandaya Raab lazımdı?

Məğlub olmaq bir yana, komandanın oyunu yoxdu. Bunun bir səbəbi də məhz komandadakıların icarə əsasında oynamasıdı - o futbolçuların çoxu mövsümün sonuna yaxın talelərinin həllini gözləyirlər. Klub ya onlarla müqavilə bağlamalıdı, özününküləşdirməlidi, ya da... ya da belə... Nəticələr bu cür olacaq, klubun işi də alayarımçıq bir hal alacaq.

Kamran Quliyev müsahibəsində sanki sadalanan problemlərin bir neçəsini etiraf etsə də, çıxış yolunu göstərmir. Çünki klub "səyyardı". Aşağı yaş qrupları üzrə millilərin futbolçuları üçün "fitness club" kimi bir şeydi. Əvvəl bunu bildirib, gəncləri ruhdan salmaq istəmirdik, amma görürük ki, onsuz öz-özünə ruhdan düşməkdədilər. Eləysə, problemi bildirməyin vaxtı çatıb...

"Sumqayıt" rəhbərliyi klub sistemindən danışmasın. Çünki onlar klub strukturu qurmaq üçün heç nə etmirlər, cari məsələlərin həllini qoyuram bir kənara.

Adicə məskunlaşdıqları Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ot örtüyünü abıra salıb ev oyunlarını orada keçirə bilməyən, qışın qarlı günlərində rəqibləri "Şəfa"da qəbul etməyə məcbur olan klubun gələcəyinə necə inanaq? Gələcək üçün ciddi işlər görülmürsə, ümumiyyətlə, niyə inanaq?

Yazarın bütün yazıları

oxunma sayı: 1104 | Paylaş:





?>