')

Bu gün:


FutbolPress.Az | "Yad əşya" məzhəkəsi 

"Yad əşya" məzhəkəsi 


oxunma sayı: 1218 Paylaş:

FutbolPress
aliyev.xandan@gmail.com

Mən Azərbaycan futbolunda çox şeyə gülmüşəm. Ancaq AFFA-nın hər dəfə Lənkəran stadionunda "meydana yad əşya atılıb" ittihamı ilə klubu 2 min manat cərimələməsi lap köhnə-təzə hoqqadı. Bilirsiz, "yad əşya" elə Azərbaycan futbolunu özüdü!  
Meydanda nə gəzir..?

Azərbaycan futbolu meydanlarda oynanmır, kabinetlərdə nəticəsi cızılır. Sonra Mikayıl Nərimanoğlu şəklində jurnalistika dühası deyir, bəzi-bəzi media üzvləri Azərbaycan futbolunu gözdən salır. İnsanları futboldan küsdürür.

Saxla görüm, kimə sırıyırsan qurşaqdan aşağı fikirlərini? İndi bura yazmıram Nərimanoğlunun hansı klublarla və ya haralara futbolçu "düzəldib" menecerlik eləməyini. Get işinlə məşğul ol, söz atdığın ünvanı yaxşı tanı...

Futbola azarkeş axını üçün nə etmisiz? Quru posterlər yapışdırmısız küçələrə? Topçiləmə festivalını deyirsiz? Vəssalam?

Lənkəranda "Cənub Fırtınası"nı yaradan məhz idman KİV-di, siz deyilsiz. Oyuna marağı artıran, "Böyük oyun" adı qoyub, ətrafında ajiotaj yaradan müstəqil idman KİV-i olub, sizinkimilər yox.

İndi nə istəyirsiz Cənublu fanlardan? Cənub klubunu "yad əşya" ilə təngə gətirmisiz. Guya başqa stadionlarda "yad əşya" atılmır.

AFFA o qədər qeyri-səmimidi ki, hətta mən əminliklə düşünə bilərəm, onlar Lənkəran stadionuna yağan qarı "yad əşya" sayıb, dəlil kimi gətiriblər. Demək olar "Xəzər Lənkəran"ın hər 5 ev oyununun 4-də "yad əşya" cəriməsi kəsir İntizam Komitəsi.

Daha bilmirsiz nə cür iyrəndirəsiz, məzələnəsiz klubla?

"Qarabağ" o boyda Avropanın bu boyda mərhələlərini keçdi, az-çox azarkeş ordusu topladı, Bir stadion tikmək üçün torpaq məsələsini həll etməyiniz gəlmir. Onlar da məcbur qalıb, gah Quzanlıda, gah Suraxanıda, gah da nə bilim harada qəbul edir rəqiblərini. Azarkeşin başı hərləndi yer dəyişməkdən.

Başqa belə nümunələr də çəkərəm.

***        ***        ***

Guya klublarımız bu yöndə normal haldadı? Muzdlu azarkeşlər tuturlar, 100-200 nəfər, vəssalam... Klubların PR (İctimaiyyətlə iş) qrupu olmalıdı, onlar azarkeşlərin stadiona cəlbi üçün ideyalar hazırlamalıdılar, bu istiqamətdə işlər aparılmalıdı. Hansı klubun bu cür planı var?

Yalnız "Xəzər Lənkəran"ın bəxti gətirib ki, ev və hətta səfər oyunlarına azarkeş bilet alıb, girir. Qalan klublarımızın hansında geniş azarkeş ordusu var?

Son zamanlar "Bakı", "Qəbələ" və "Neftçi"ni çıxmaqla başqa klublarda azarkeş cəlbini hiss etmisiz?

Klub rəhbərlərinin ümumiyyətlə, stadionda azarkeş olmalıdı - düşüncəsindən uzaq olması fikri də hələ tam ayrı mövzudu. Bəlkə heç onlara futbol ümumiyyətlə, maraqlı deyil... Belə sınıq-sökük klub sistemi olar?

Bu qədər çatışmazlığın içində də az-maz dirçəliş edən klublara qarşı İntizam Komitəsinin "yad əşya" hücumu necə də mənasız görünür...

Hörmətli AFFA İctimaiyyətlə Əlaqələr Departamenti, göstər görüm, hansı ideyalarla çıxış etmisən bu yöndə?

Millinin oyunlarına azarkeş cəlbi sizin əməyiniz deyil, qürrələnməyin, xırda görüntü tədbirlərinizi çıxmaq şərtilə bu yöndə yararlı fəaliyyətinizin olmadığı aşkar görünür. Sadəcə, bu ölkənin insanı milli ruhuna bağlıdı, yığma komanda oynayanda qar da, yağış da olsa stadiona gəlir...

Mümkünsə, "yad əşya"nızı çəkin futbolumuzdan, qoy insanlar zövq alsın bu oyundan. Onsuz yaşayışına görə sinirləri tarıma çəkilən orta statistik azərbaycanlının əsəblərini "yad əşya"nızla zara gətirməyin heç olmasa...

Yazarın bütün yazıları

oxunma sayı: 1218 | Paylaş:




?>