Roma Papası... Arda Turan (Yeni)
Paylaş:
Türkiyə dönəriylə bütün Avropada tanındı. Futbolu da pis tanınmır. Ancaq futbolçuları Türkiyədən Avropaya yox, Avropadan Avropaya çıxa bildi yalnız. Hakan Şükür və Arif Ərdəmin "İnter" dönəmindən başqa türkiyəli futbolçunun Avropa "nəhənglərindən" hansınasa Türkiyədən keçdiyi nəzərə çarpmayıb. Almaniyadakı "kiçik türk cumhuriyyəti" "Real Madrid"ə, Altıntopu, Özülü çıxartdı. Yəni türk özünü Avropada böyüdə bilir, məkanında yox... Sözümün canı bu deyil. "Arda Turan Roma Papasının qəbulunda olacaq" sərlövhəli xəbər məni bir az düşündürdü. Demək, Madrid "Atletiko"sunda oynayan Arda Turan komandasının tərkibində Avropa Liqasının 1/16 final mərhələsində qarşılaşacaqları İtaliya "Latsio"su ilə oyunöncəsi katoliklərin ruhani lideri XVI Benedikti ziyarət edəcək. Bu ziyarətə görə Madrid klubunun səfər proqramında dəyişiklik edilib. "Atletiko" Romaya fevralın 14-də yollanacaq və ertəsi gün səhər saatlarında XVI Benediktə baş çəkəcək. İndiyədək Madrid təmsilçisi 3 dəfə Papanın qəbulunda olub. Lakin sonuncu ziyarət 2003-cü ildə II İohan Pavelin dövrünə təsadüf edib. Bu dəfə klub rəsmiləri və futbolçular Papaya hədiyyələr verəcək, ondan xeyir-dua alacaqlar. P.S. Deyirəm, xristianın ziyarət subyekti, obyekti var. Türk də səcdəyə gedəcək, "Papaya hədiyyələr veriləcək" məsələsi mənə nə qədər gülməli görünsə də... Ancaq Türkün, müsəlmanın niyə belə səcdəgahı yoxdu ki, Arda Turanın xristian variantı məsələn, gəlib onu ziyarət etsin... Bilirsiz, Səlib yürüşləri və s. Qərb həmişə planlı hərəkət edib. 3 Səlib yürüşü uğursuz alınsa da, mahiyyətdə yürüşlərin sayı 3 yox, yüzlərlərdi. Günümüzdə də bu "yürüşlər" davam edir. Şərq yatır, yuxulu vücudunu Papanın səcdəsinə aparırlar. Obrazın özü çox dərindi. Dərindən də dərin problem...
| Paylaş: