Bu gün:


FutbolPress.Az | BAŞSIZ ŞUŞA, MƏŞQÇİSİZ "ŞUŞA-09"

BAŞSIZ ŞUŞA, MƏŞQÇİSİZ "ŞUŞA-09"


oxunma sayı: 405 Paylaş:

Taleyin ironiyasına bax - Qarabağın gözü sayılan Şuşa yaddan çıxmasın deyə, onun adına restoran, muzey, futbol klubu yaradılır. O futbol klubu da hansısa bankın Peşəkar Futbol Liqasının hesabına köçürtdüyü Premyer Liqaya sponsorluq haqqı və başqa bəzi pullarla saxlanacaq...

Bu ilin əvvəlindən "Şuşa"nın formalaşdırılacağı haqda söhbətlər gedirdi. Klub artıq hansısa formada yaradılıb. I divizionun yeni mövsümündən iştirak edəcək.

PFL-in rəsmi saytının klub haqda yaydığı yeni məlumata baxın: "Şuşa-09" klubunun baş məşqçisi olmayacaq. Komandanı oyunlara Məşqçilər Şurası hazırlayacaq. Məşqçilər Şurasına Əvəz Məmmədov, Əbülqasım Novruzov və Mahir Bağırlı daxildi.

Biz bəzi adları həddən ziyadə həssaslaşdırırıq, tabulaşdırırıq. Elə bilirik ki, Şuşanı bir neçə yerdə "Şuşa"laşdırmaqla toxtaxlanacağıq; bununla işğalçını düşüncəmizdə özümüzdən uzaqlaşdırmış sayırıq. Halbuki hər şey öz yerindədi və bitdiyi kökü üstə boy verir, böyüyür.

Bu klub əvvəlcə "Şuşa" adi ilə yaradılmışdı və I divizionun püşkatmasında da məhz bu adla təqdim edilmişdi. Ancaq "Şuşa" adanın qarşısına "09" əlavə edildi. Bu klubun yarandığı tarixi - 2009-cu ili göstərir. Tarix təkrarlanır... Amma təhrifləri və təqsirləri görək, daha yaxşısı budu.


oxunma sayı: 405 | Paylaş:


1 şərh

  • emil

    salam.men sizden bu klub haqda bir wey oyrenmek isteyirem.hal hazirda bu klub faliyyet gosterir? prezidenti kimdi eger fealiyyetdedirse

Şərh yazın