')

Bu gün:


FutbolPress.Az | Azərbaycan Karate Federasiyasının İdarə Heyətinin iclası keçirildi

Azərbaycan Karate Federasiyasının İdarə Heyətinin iclası keçirildi


oxunma sayı: 91 Paylaş:

FutbolPressAzərbaycan Karate Federasiyasının İdarə Heyətinin növbəti iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, federasiya prezidenti Ülvi Quliyevin rəhbərliyi ilə keçirilən iclasın gündəliyindəki əsas məsələlərdən biri məşqçi-müəllimlər üçün imtahan və seminarların təşkili, eləcə də onlara lisenziyaların verilməsi olub.

Bildirilib ki, təkcə dekabr ayında 3 seminar təşkil olunub ki, bu tədbirlərdə də ümumilikdə 92 məşqçi-müəllim iştirak edib.

İclasda həmçinin AKF-in regionlar üzrə nümayəndəliklərin yaradılması və yerlərdə müvafiq şəxslərin nümayəndə qismində təyinatı müzakirə edilib.

Bununla bağlı namizədlərin siyahısı yaxın günlərdə AKF rəhbərliyinə təqdim ediləcək.

Toplantı zamanı AKF-də fəxri prezidentlik institunun yaradılması məsələsi də müzakirə olunub və bu istiqamətdə müvafiq qərarlar qəbul edilib.

İclasın sonunda tamamlanma mərhələsində olan AKF-in rəsmi saytı ilə bağlı federasiya rəhbərliyinə hesabat verilib. Saytın yaxın günlərdə tam olaraq istifadəyə verilməsi qərara alınıb.


oxunma sayı: 91 | Paylaş:




?>