')

Bu gün:


FutbolPress.Az | "Sabah"ın legioneri: "Hədəfimiz dəyişməz olaraq qalır" (MÜSAHİBƏ)

"Sabah"ın legioneri: "Hədəfimiz dəyişməz olaraq qalır" (MÜSAHİBƏ)


oxunma sayı: 574 Paylaş:

FutbolPress"Sabah"ın futbolçusu Cesse Sekidikanın "FutbolPress"ə müsahibəsi.

- Milli komandanın oyunlarına görə yaranan qısa fasiləni necə dəyərləndirdiniz?
- Fasilə yaxşı keçdi. İstirahət etmək üçün bir neçə günümüz oldu. Bunu dəyərləndirdik.

- Yeni baş məşqçiniz Krunoslav Renduliçlə söhbətiniz oldumu?
- Bəli, bir neçə dəfə danışdıq. Hədəflərimiz, planlarımız haqda söhbətimiz oldu. Fərdi olaraq da danışdıq. Bəzi mövqedə hərəkətlərim haqda müsbət müzakirələr apardıq.

- Adınız Türkiyə klubları ilə hallanır...
- "Sabah"da xoşbəxtəm. Buradayam və tək düşündüyüm komandama kömək etməkdir.

- Turnir cədvəlində ikinci pillədəsiniz. Hədəf avrokuboklara vəsiqə, ya sırf gümüş medallardır?
- Hədəfimiz dəyişməz olaraq qalır. Minimum avrokuboklar, maksimum gümüş medalçı olmaqdır. Asan olmayacaq, amma hər oyunda qələbə qazanmalıyıq. İrəli getmək üçün yaxşı keyfiyyətimiz var.

- Növbəti rəqib "Zirə" olacaq və avrokubok mübarizəsində əsas rəqiblərinizdəndirlər...
- "Zirə" yaxşı komandadır. Oyunun mahiyyətini dərk edirik və bilirik ki, asan olmayacaq. Rəqib son oyunda qələbə qazanıb və bizimlə matça inamlı çıxacaqlar. Görüşü səbirsizliklə gözləyirik.

Şahin Cəfərov


oxunma sayı: 574 | Paylaş:




?>